Digital Pulse: xəbərlər, insaytlar, məhsul yeniləmələri
Onlayn reklam dünyasındakı ən son yeniliklərdən xəbərdar olun.
Filtr:
Məhsullar: Ölkələr: Reklam növləri: Hamısını silin
Filtr
Home / Google / “YouTube”da Public Views-un yeni hesablanması formatı: yenilik haqqında bilməli olduqlarımız

“YouTube”da Public Views-un yeni hesablanması formatı: yenilik haqqında bilməli olduqlarımız

“YouTube” 24 avqust 2026-cı il tarixindən etibarən publik baxışların hesablanması metodologiyasını yeniləyib. Artıq baxış videonun nümayişi başladığı andan – ilk kadrdan etibarən hesablanır. Yeni standart “YouTube”un bütün əsas formatlarına, o cümlədən Shorts, uzun videolar (VOD), podkastlar və Live-a şamil edilir.

Yeniliyin məqsədi müxtəlif formatlarda baxışların hesablanmasına vahid yanaşma tətbiq etmək və metriklər arasındakı qarışıqlığı azaltmaqdır. Eyni zamanda “YouTube” müəlliflərin ilk saniyələrdən sonra neçə izləyicinin baxışı davam etdirdiyini ayrıca qiymətləndirə bilmələri üçün əvvəlki metrikasını Analytics-də Engaged Views adı altında saxlayıb.

Mediabayerlər, performance komandaları və digital agentliklər üçün bu o deməkdir ki, “YouTube” kampaniyalarının təhlili zamanı publik baxışları, reklam baxışlarını və cəlbetmə metriklərini bir-birindən aydın şəkildə fərqləndirmək vacibdir.

 

Əvvəllər “YouTube” kontentin formatından asılı olaraq baxış sayının hesablanmasına müxtəlif yanaşmalar tətbiq edirdi. İndi platforma onlar üçün vahid standart tətbiq edir.

Bu səbəbdən videoların altındakı ümumi baxış sayı əvvəlkindən daha sürətli artа bilər. “YouTube” qeyd edir ki, yeni yanaşmanın tətbiqindən sonra müəlliflər, ehtimal ki, ümumi baxış hesablayıcısında daha sürətli artımı müşahidə edəcəklər.

Bununla yanaşı, Public View Count göstəricisi unikal əhatə dairəsi ilə qarışdırılmamalıdır. Baxış sayı kontentin neçə dəfə izlənildiyini göstərir, Unique Reach isə videonu və ya kanalı görən ayrı-ayrı insanların sayını əks etdirir.

 

Public Views, TrueView Views və Engaged Views: fərq nədədir?

Yeniləmədən sonra bütün baxış göstəricilərini bir-birinin əvəzləyicisi kimi qəbul etməmək xüsusilə vacibdir.

Public View Count

Bu, videonun altında açıq şəkildə əks olunan ümumi baxış sayıdır.

Yeniləmədən sonra ümumi baxış sayı yeni metodologiya ilə hesablanır: baxış videonun nümayişi başladığı andan etibarən sayılır. Buna görə də Public View Count göstəricisini baxışın dərinliyini və ya cəlbetmə səviyyəsini ölçən müstəqil metrik kimi deyil, baxışların miqyasını göstərən göstərici kimi qəbul etmək daha doğru olar.

YouTube Public Views

Bu metrik reklam kampaniyaları nəticəsində videoya neçə ictimai baxış əlavə edildiyini göstərir. Mediabayer üçün bu metrik ödənişli medianın (paid media) videonun ümumi ictimai baxış sayına töhfəsini anlamağa kömək edir.

TrueView Views

TrueView Views – videoreklama baxışı “Google”un meyarlarına uyğun olaraq qiymətləndirmək üçün istifadə edilən ayrıca reklam metrikidir. Ötürülə bilən (skippable) in-stream reklam üçün baxış o zaman hesablanır ki, istifadəçi videoya 30 saniyə baxsın və ya video daha qısadırsa, onu sonuna qədər izləsin, yaxud reklam elementi ilə qarşılıqlı əlaqədə olsun.

Buna görə də TrueView View-u Public View ilə eyniləşdirmək olmaz: birinci metrik reklam meyarlarına uyğun baxışı əks etdirir, Public View isə yeni metodologiyaya əsasən videonun nümayişi başladığı andan etibarən qeydə alınır.

Engaged Views

“YouTube” həmçinin Analytics-də əvvəlki baxış hesablama məntiqini saxlayaraq onu Engaged Views adlandırıb. Bu metrik təkrar dövrləri nəzərə almadan izləyicilərin ilk saniyələrdən sonra kontentə baxışı neçə dəfə davam etdirdiyini göstərir. Metrik YouTube Analytics → Advanced Mode bölməsində əlçatandır.

Beləliklə, Public Views və Engaged Views fərqli suallara cavab verir:

  • Public Views – yeni metodologiyaya əsasən neçə baxış hesablanıb;
  • Engaged Views – izləyicilər ilk saniyələrdən sonra neçə dəfə baxışı davam etdirib.

 

“YouTube” metodologiyanı niyə dəyişdi?

“YouTube” yeniliyi müxtəlif baxış hesablama sistemləri arasındakı qarışıqlığı aradan qaldırmaq zərurəti ilə izah edir. Əvvəllər fərqli formatlar üçün fərqli qaydalardan istifadə edilə bilərdi. Məsələn, “YouTube” artıq Shorts baxışlarının hesablama metodologiyasını yeniləmişdi, indi isə vahid ölçü standartı yaratmaq üçün bu yanaşmanı digər formatlara da şamil etdi.

“YouTube”un bildirdiyinə görə, bu dəyişiklik müəlliflərə kontentlərinin ümumi miqyasını daha yaxşı anlamağa, həmçinin onu tərəfdaşlara və reklamverənlərə daha dəqiq təqdim etməyə kömək etməlidir.

 

Bəs bu mediabayerlərə necə təsir edir?

Mediabayerlər üçün heç nə dəyişmir. Yenilik yalnız videonun altındakı ictimai baxış sayına aiddir. Bu, orqanik göstəricidir, reklam metrikası deyil.

“YouTube” trafikinin alış modelləri əvvəlki kimi qalır: CPV, CPM, video reach və Demand Gen. Billinq də dəyişmir – DV360 öz baxışlarını reklam ölçmə qaydalarına görə hesablayır (30 saniyə baxış, qısa videoçarxa tam baxış və ya reklamla qarşılıqlı əlaqə). Bu göstəricilərin Public Views ilə əlaqəsi yoxdur.

Bu dəyişiklik biddinqə də təsir etmir: təkliflər, hədəf CPV/CPM göstəriciləri və proqnozlar əvvəlki kimi işləyir.

 

Yenilik “YouTube”un monetizasiyasına təsir edirmi?

“YouTube” rəsmi olaraq qeyd edir ki, metodologiyanın dəyişməsi müəlliflərin gəlirlərinə və ya onların “YouTube Partner Program” (YPP) tələblərinə uyğunluğuna təsir etmir. Müəlliflərin gəlirləri əvvəlki kimi Engaged Shorts Views və Engaged Watch Hours əsasında formalaşır, YPP-də iştirak tələbləri isə Qualified Shorts Views və Qualified Watch Hours əsasında müəyyən edilir.

“YouTube”un mövcud sənədlərində həmçinin göstərilir ki, reklam kampaniyaları vasitəsilə əldə edilən baxışlar YPP üzrə müvafiq hədlərin hesablanması zamanı Qualified Watch Hours və Qualified Shorts Views göstəricilərinə daxil edilmir.

Beləliklə, yeni metodologiya səbəbilə ictimai baxış hesablayıcısındakı artım özlüyündə monetizasiyanın artması və ya kanalın YPP statusunun avtomatik dəyişməsi demək deyil.

 

Digital komandalar nə etməlidir?

Mediaplanları və hesabatları yeniləmək.
Müxtəlif baxış növlərini qarışdırmamaq üçün Public Views, YouTube Public Views, TrueView Views və Engaged Views göstəriciləri ayrıca təqdim edilməlidir.

Videokampaniyaların KPI-larını yenidən nəzərdən keçirmək.
İctimai baxış hesablayıcısı baxışların ümumi miqyasını qiymətləndirmək üçün faydalı ola bilər. Lakin reklam kampaniyasının effektivliyi müvafiq reklam və performans metrikləri əsasında qiymətləndirilməlidir.

İnfluenserlərin qiymətləndirilməsinə yanaşmanı yeniləmək.
Auditoriyanın keyfiyyətini təhlil etmək üçün “YouTube Analytics” məlumatlarından, o cümlədən Engaged Views, Watch Time və Average View Duration göstəricilərindən istifadə etmək lazımdır.

Dəyişiklikləri müştərilərə və maraqlı tərəflərə izah etmək.
Yeni hesablama metodologiyası səbəbindən 24 avqust 2026-cı ildən sonra ictimai baxış hesablayıcıları daha sürətlə arta bilər. Lakin bu, auditoriyanın cəlbetmə səviyyəsinin və ya reklam effektivliyinin proporsional şəkildə artması demək deyil.

“YouTube”da videoreklam alışını optimallaşdırmaq və kampaniyaların Display & Video 360 vasitəsilə işə salınmasının bütün imkanlarından yararlanmaq istəyirsiniz? Mediakampaniyalarınızın qurulması və auditi üçün CoobX-in ekspert komandasına müraciət edin.

Scroll To Top