Müasir “YouTube” marketinqində ROI artımının əsas hərəkətverici qüvvələrindən biri süni intellektdir. DV360 platformasının fəlsəfəsi süni intellektin auditoriya axtarışından tutmuş yekun hesabatların hazırlanmasına qədər platforma ilə işin bütün mərhələlərinə inteqrasiya olunmasına əsaslanır.
DV360-da süni intellekt funksiyaları: kampaniyalarla işin avtomatlaşdırılması
DV360 interfeysində süni intellekt əsaslı funksiyalar aşağıdakı imkanları təqdim edir:
- Generate report: filtrləri əl ilə təyin etmək zərurətini aradan qaldırır. Siz sadəcə lazım olan hesabatı sözlərlə təsvir edirsiniz, sistem isə Line Items və ya YouTube Ad Groups üzrə analitik məlumatları formalaşdırır.

- Audience Persona: ideal auditoriyanızı təsvir edin və süni intellekt dərhal məqsədlərinizə uyğun auditoriya seqmentlərinin kombinasiyasını generasiya edəcək. Süni intellekt müvafiq auditoriya siyahılarını və demoqrafik parametrləri avtomatik olaraq seçir və birləşdirir ki, bununla da yüzlərlə seqmenti əl ilə nəzərdən keçirmək ehtiyacını aradan qaldırır. Bu alət reklamverənlərə minlərlə variant arasından uyğun auditoriya siyahılarını asanlıqla seçməyə, həmçinin yüksək potensiala malik yeni auditoriyalar tapmağa kömək edir.

- Axtarış zamanı süni intellektdən istifadə: klassik filtrləri semantik axtarışla əvəz edir. Obyektləri parametrlər, targetinq ayarları, hesabat məlumatları və hadisələr tarixçəsi əsasında tapmağa kömək edir. Lazımi məlumatları filtrləmək üçün adi danışıq ifadəsi, məsələn “paused line items” daxil etmək kifayətdir.

- AI çat assistenti: birbaşa iş məkanında virtual məsləhətçidir. Real vaxt rejimində platformanın məntiqi haqqında texniki suallara cavab verir və “YouTube” kampaniyalarının qurulmasında kömək edir.

- Targeting Templates: müxtəlif kampaniyalarda istifadə üçün Reklamverən səviyyəsində şablonlar yaradın, redaktə edin və saxlayın. Şablonlar əsasında yeni Line Items yaradın və ya şablonu mövcud Line Items-ə kütləvi şəkildə tətbiq edin.

Beləliklə, DV360-da süni intellekt tədricən əməliyyat işinin bir hissəsini – lazımi parametrlərin axtarışını, auditoriyaların formalaşdırılmasını və analitikanın hazırlanmasını öz üzərinə götürür.
Praktiki keys: “Lay’s” üçün Gen AI reklamı
Gəlin böyük brendin “YouTube”da “Display & Video 360” vasitəsilə media kampaniyasının başladılmasına dair praktiki keysi nəzərdən keçirək.
“Lay’s” brendi Gen AI-kreativin ənənəvi videoprodakşna effektiv əlavə olub-olmayacağını, həmçinin istehsal xərclərinin azaldılması üçün onun potensialını öyrənmək qərarına gəldi. Bunun üçün “Lay’s” VIVID və “CoobX” agentlikləri ilə birlikdə generativ süni intellekt vasitəsilə videokontent yaradılmasını və dəqiq mediaplanlama birləşdirən “AI + Precision” strategiyasını həyata keçirdi.
Google Veo3-ün imkanlarından istifadə edərək, komandalar “Dadların döyüşü” adlı 30 saniyəlik reklam çarxı generasiya etdilər. Onun Google Marketing Platform ekosistemində yayılması üçün komanda diferensiallaşdırılmış enterprise-yanaşma tətbiq edərək, kampaniyanı iki istiqamətə böldü:
- Əhatə dairəsinə görə: YouTube Efficient Reach-dən istifadə edilməklə CPM modeli.
- Baxışlara görə: Video Views vasitəsilə CPV modeli.
Aktivasiyanın nəticələri Gen AI-kreativlərin iqtisadi və media effektivliyini nümayiş etdirdi. Qiymətlərin baxışlara görə optimallaşdırılması (CPV) brendə son dərəcə aşağı qiymətə auditoriya ilə əlaqə əldə etməyə imkan verdi – eCPV göstəricisi cəmi $0.002 təşkil etdi.
Lakin əsas odur ki, büdcənin optimallaşdırılması və süni intellektlə generasiya kontentin keyfiyyətinə təsir etmədi. Əsas göstəricilər bunu bir daha təsdiqlədi:
- Completion Rate (sona qədər baxılma əmsalı) 65%-ə çatdı;
- TrueView Rate göstəricisi 64.7% təşkil etdi;
- orta baxış müddəti mümkün 30 saniyədən 24 saniyə təşkil etdi ki, bu da auditoriyanın kreativə yüksək reaksiya verdiyini təsdiqləyir.

“Lay’s” keysi nümayiş etdirdi ki, Gen AI-video klassik mediamiksi effektiv şəkildə tamamlaya, kontent istehsalı müddətini qısalda və eyni zamanda yüksək cəlbetmə göstəricilərini təmin edə bilər.
DV360-da “YouTube” kampaniyalarının ölçülməsi və optimallaşdırılması metodologiyası
Təkcə “YouTube” kampaniyalarının aktivləşdirilməsinin ən yaxşı təcrübələrinə riayət etmək deyil, həm də onların effektivliyini düzgün qiymətləndirmək vacibdir. Platforma marketinqin bütün mərhələlərini əhatə etdiyi üçün təhlil metodologiyasını dörd əsas bloka bölmək olar:
- Brand Lift & Search Lift: brendin tanınmasının qiymətləndirilməsi.
- Video Metrics: cəlb olunma keyfiyyətinin və diqqətin saxlanmasının təhlili.
- Unique Reach & Frequency: unikal əhatə dairəsinin və nümayiş tezliyinin ölçülməsi.
- Konversiyalar & Atribusiya: marketinqin son mərhələsində performance nəticələrinin qeydə alınması.
Gəlin bər bir bəndi daha ətraflı nəzərdən keçirək.
Brand Lift
Marketinqin ilk və orta mərhələləri üçün standart metriklər brendin tanınması və ya onun auditoriyada hansı assosiasiyalar yaratması baxımından kifayət qədər səciyyəvi deyil.

Brand Lift araşdırması auditoriyanın avtomatik olaraq iki qrupa bölünməsinə əsaslanır: reklamı görən istifadəçilər (exposed) və hədəf qrupuna daxil olan, lakin reklam çarxını görməyən istifadəçilər (control). “YouTube” istifadəçilərinin sorğuları əsasında sistem altı əsas metriki qiymətləndirir:
- Ad Recall (Reklamın yadda qalması): istifadəçilərin sizin reklam çarxınızı yadda saxlamadımı?
- Awareness (Brend haqqında məlumatlılıq): bazarda şirkət və ya məhsul haqqında məlumatlılıq
- Consideration (Satınalmanın nəzərdən keçirilməsi): istehlakçıların brendi gələcək alış üçün variantlardan biri kimi nəzərdən keçirməyə hazır olub-olmaması.
- Favorability (Üstünlük vermə): brendə qarşı müsbət münasibətin və emosional bağın formalaşması.
- Purchase Intent (Satınalma niyyəti): yaxın zamanda brendin məhsulunu alma ehtimalı.
- Association Lift (Assosiativ qavrayış): 2026-cı ilin birinci yarısında marketinqin orta mərhələsi üçün innovativ alət. O, istehlakçıların brendi məhz hansı dəyərlər və ya ideyalarla əlaqələndirdiyini qiymətləndirir.
Search Lift
Mexanika sadədir: siz açar sözlərin siyahısını təyin edirsiniz, kampaniyaya start verirsiniz, Search Lift isə reklamı görən istifadəçilərin bu sorğuları onu görməyənlərlə müqayisədə nə qədər tez-tez axtardığını göstərir.

Video Metrics: cəlbetmə keyfiyyətinin qiymətləndirilməsi
Kreativin diqqəti saxlayıb-saxlamadığını yoxlamaq üçün biz genişləndirilmiş videometrika blokundan istifadə edirik. Əsas oriyentirlər qismində TrueView-baxışlar və VTR (View Rate) əmsalı çıxış edir:
VTR = Views / Impressions
Kontentin videometriklərinin təhlili üçün əlavə alətlərə həmçinin aşağıdakılar daxildir:
- Video Played to 25/50/75/100% (Quartile reporting): tamaşaçıların itkisi (dropout) nöqtələrini əyani şəkildə nümayiş etdirir. İlk 5 saniyədə kəskin düşmə “hook”un zəif olduğuna işarə edir. 25%-dən sonra azalma çarxın ortasında süjetin zəif inkişafından xəbər verə bilər.
- Avg. Watch Time per Impression: bir nümayişə düşən baxış saniyələrinin orta sayı. Bu metrikanın tədricən azalması Creative Fatigue-un əsas əlamətidir.
- Earned Actions: tamaşaçının reklam çarxına baxdıqdan SONRA etdiyi hərəkətlər – bəyənmələr, paylaşımlar, abunələr və pleylistlərə əlavə etmələr. Metrika kontentinizin “yoluxuculuğunu” və organic value-nu nümayiş etdirir.
- YouTube Public Views: çarxın ictimai baxış sayğacı. Platformanın yenilənməsi sayəsində indi Bumper və Non-skippable formatları da YouTube Public Views-u artırır, lakin TrueView Views yaratmır. Skippable formatı hər iki metrika növündə eyni vaxtda nəzərə alınır.
Dimensions & splits və sualtı daşlar
Düzgün analitika üçün bütün formatlar üzrə ümumi VTR-i eyni vaxtda qiymətləndirmək tövsiyə olunmur, çünki In-stream formatı baxışı 30-cu saniyədən, In-feed və Shorts isə 10-cu saniyədən etibarən hesablayır və fərqli hesablama məntiqi istifadə edir. Bu göstəricilərin qarışdırılması yanlış nəticələrə səbəb ola bilər. Məsələn, bir Line Item daxilində In-stream-in VTR-i 60%, In-feed-in isə 10% ola bilər. Əgər yalnız həmin Line Item-in ümumi VTR-inə baxılsa, orta göstərici real mənzərəni əks etdirməyəcək. VTR-i həmişə aşağıdakı Dimensions kəsimində təhlil etmək lazımdır:
- YouTube Ad Format – formatlara görə bölgü: in-stream, in-feed, Shorts, bumper;
- Device Type – müəyyən formatlar və videokreativlər konkret cihazlarda sabit olaraq daha yaxşı işləyir;
- Ad Group – bir Line Item daxilində ad group-ları və kreativləri müqayisə etmək üçün;
- YouTube Video – konkret videoçarxların effektivliyini təhlil etmək üçün;
- Media Type – Audio və Video media növləri arasında bölgü.
Həmçinin platformanın aşağıdakı texnoloji xüsusiyyətlərini unutmayın:
- CTV-də QR-kodlar = clicks: Connected TV-də klassik kliklər olmadığından, smartfon vasitəsilə televizor ekranından QR-kodun skan edilməsini sistem hesabatlarda adi klik kimi qeydə alır.
- Quartiles ≠ Views: quartile data əsasında View Rate hesablamağa cəhd etməyin – bu göstəricilər müxtəlif mexanizmlər üzrə hesablanır. In-feed formatı üçün “video played to” metrikaları impressions-dan deyil, pleyerin işə düşmə anından hesablanır.
- Invalid views (30 günə qədər düzəliş): “YouTube” sərt antifrod filtrlərdən istifadə edir və nümayişdən sonra 30 gün ərzində etibarsız baxışları (invalid traffic) düzəldə və ya silə bilər. Əgər göstəricilər geriyə doğru azalıbsa, bu, platformanın büdcənizin qorunmasına yönəlmiş planlı verifikasiyasıdır.
Reach & Frequency və Target Frequency
Unikal əhatə dairəsinin qiymətləndirilməsi reach-metrikalar vasitəsilə həyata keçirilir. Mediaplanlaşdırmada ümumi nümayişlər (Impressions) əhatə dairəsi (Reach) konteksti olmadan kifayət qədər səciyyəvi hesab edilmir, çünki 1 000 000 nümayiş həm 100 000 istifadəçi ilə 10 dəfə əlaqə (həddən artıq doyma), həm də 500 000 unikal istifadəçinin 2 dəfə əhatə olunması (əhatə dairəsi baxımından beş dəfə daha effektiv) demək ola bilər.

DV360-da hesabatların əsas dəyəri auditoriyanın əhatə dairəsinin kampaniyalar, kanallar və cihazlar arasında tam deduplikasiyasındadır: reklamı harada gördüyündən asılı olmayaraq, 1 nəfər = 1 reach.
Əsas reach-metrikalar:
- Unique Users Reached – deduplikasiya edilmiş unikal istifadəçilərin sayı;
- Avg Impression Freq / User (7d) – həftə ərzində hər istifadəçiyə düşən orta nümayiş tezliyi;
- Cost Per Unique User Reached – bir unikal istifadəçinin əhatə olunması üçün xərc;
- Unique Reach % of Target – əhatə olunmuş hədəf auditoriyasının faizi;
- Incremental Reach – “YouTube”dan digər kanallardan əlavə əhatə dairəsi.
Böyük ekranlarda yayım zamanı co-viewing (birgə baxış) metrikasını nəzərə alın, çünki bir CTV-cihazı tez-tez eyni vaxtda bir neçə nəfər izləyir, bu isə o deməkdir ki, əhatə dairəsinin “1 cihaz = 1 nəfər” prinsipi ilə hesablanması burada artıq işləmir.
Analytic Partners + Google Meridian araşdırmalarının nəticələrinə görə, əksər brendlər üçün etalon optimal həftəlik təmas tezliyi həftədə 2,7-dən 3,5-ə qədər nümayiş təşkil edir. Reklamverənlərin yarıdan çoxu bu həcmdən istifadə etmir, halbuki tezliyin 40% artırılması yekun ROI-ni yüksəltməyə imkan verir.
Lazımi tezliyə dəqiq nail olmaq üçün Target Frequency line item-dən istifadə edin. Artıq nümayişləri mexaniki şəkildə məhdudlaşdıran adi frequency cap-dən fərqli olaraq, Target Frequency süni intellekt əsasında işləyir: alət kontentin çatdırılmasını aktiv şəkildə balanslaşdırır ki, hər bir unikal tamaşaçı reklamı mediaplanda nəzərdə tutulmuş sayda görsün. Pik mövsümdə optimal tezlik adi tezlikdən 2 dəfə yüksək ola bilər, buna görə də onu statik saxlamaq əvəzinə, təqvimi nəzərə alaraq planlaşdırmaq tövsiyə olunur.
Marketinqin aşağı mərhələsi: “YouTube” üçün Floodlight
Konversiyaların düzgün izlənməsi və alqoritmlərin optimallaşdırılması üçün Floodlight vasitəsilə məlumat toplanmasını mütləq aktivləşdirmək lazımdır. DV360 kabinetində reklamverənin parametrlərində aşağıdakı ardıcıllığı etmək lazımdır:
Advertiser Settings → Basic Details → YouTube Settings və mütləq aşağıdakı “checkbox”u aktivləşdirmək lazımdır: Use Floodlight data for conversion optimization on Demand Gen line items.

Bunsuz konversiyalar yalnız hesabatlarda əks olunacaq, lakin siz onları qiymətlərin optimallaşdırılması üçün seçə bilməyəcəksiniz. Platforma “YouTube”dakı konversiyaları 3 növə ayırır:
- Click-through: istifadəçi reklamı kliklədikdə və konversiya pəncərəsi (conversion window) daxilində saytda hədəf hərəkəti yerinə yetirdikdə hesablanır.
- Engaged View (EVC): kliksiz konversiya. Bu tip atribusiya xüsusilə videokampaniyalar üçün aktualdır: istifadəçi dərhal klikləməyib, lakin reklamı kifayət qədər uzun müddət izləyib və conversion window daxilində konversiya edib. Skippable In-stream üçün diqqətin saxlanma həddi 10 saniyə (və ya tam çarx), In-feed və Shorts üçün isə 5 saniyə təşkil edir. Bumper və Non-skippable formatları üçün EVC metrikası yalnız klik olduqda əlçatandır. Bu, videoreklam üçün kritik əhəmiyyət kəsb edən göstəricidir, çünki istifadəçilər nadir hallarda məhsulu ani olaraq alırlar və daha çox bir neçə gün sonra konversiya edirlər.
- View-through: qarşılıqlı əlaqə olmadan Impression-u qeydə alır. Hazırda bu məlumatlar yalnız hesabatlarda əlçatandır, lakin qiymətlərin optimallaşdırılması üçün istifadə edilə bilməz.
Yeniliklər sınaqdan keçirin: formatlar, funksiyalar, yanaşmalar
Sonda vurğulamaq lazımdır ki, bazarda davamlı rəqabət üstünlüyü formalaşdırmaq üçün yeni həllərin fasiləsiz sınaq dövrünü qurmaq zəruridir. Yeni formatların və funksiyaların sınaqdan keçirilməsi brendə ikiqat üstünlük təmin edə bilər:
- Başlanğıcda daha az rəqabət: yeni formatın buraxılışı mərhələsində ondan daha az sayda reklamçı istifadə edir. Bu, auksion CPM-i azaldır və eyni büdcə çərçivəsində daha çox keyfiyyətli inventar əldə etməyə imkan verir.
- Yenilik effekti: istifadəçilər yeni reklam formatlarına daha çox diqqət ayırırlar, bu da cəlbetməyə müsbət təsir göstərə və ROI-nin artması üçün əlavə potensial yarada bilər.

“YouTube” Display & Video 360-da videokampaniyaların izlənməsi və təhlilinin yeni, daha dərin səviyyəsini açır ki, bu da ciddi ekspertiza və metrikaların dərk edilməsini tələb edir.
Əgər siz media spliti yaxşılaşdırmaq, konversiyaların atribusiyasını təkmilləşdirmək, videoreklamın yeni formatlarını kəşf etmək və ya ROAS artımı üçün videokampaniyaları optimallaşdırmaq istəyirsinizsə, “CoobX”in ekspertlər komandası sizin etibarlı texnoloji tərəfdaşınız olmaq üçün həmişə yanınızdadır.


